28 Noyabr 2022 21:25
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.

A.Hacızadə qeyd edib ki, indiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb.


Müəllif: Teleqraf.com