7 Dekabr 2022 12:04
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Təəssüf ki, sözügedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. Jurnalistlər israrla əraziyə keçməyə cəhd etsə də sühməramlılar əraziyə buraxmayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər