16 Dekabr 2022 11:53
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilərin qanunsuz hərəkətlərinə azərbaycanlıların etiraz etmək hüququ var. Bu gün bütün xalq Şuşa-Xankəndi yolunda baş verən hadisələrin nə ilə nəticələnəcəyini gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları artıq iki ildir ki, ermənilərlə birlikdədir, onların düşüncəsini, hərəkətini bilirlər:

“İndi isə bir neçə gündür bizim musiqiləri dinləyir, fikirləri anlayırlar. Bu, Azərbaycan xalqının birliyinin nəticəsidir. Bundan başqa, ermənilər bildirirlər ki, Xankəndi ilə əlaqələri kəsilib. Bununla bağlı dünyaya car çəkiblər. Amma biz 30 ildir ki, Naxçıvanla ölkənin quru sərhədlərinin bağlı olmasını fəlakət kimi qiymətləndirmirik və dünyaya car çəkmirik. Təbii ki, bununla bağlı bizim cavabımız olmalıdır. Bura Azərbaycan torpaqlarıdır, orada necə davranılacağını Azərbaycan müəyyən edir. Azərbaycanlıların qanunsuz hərəkət edən ermənilərə hər vaxt etiraz etmək hüququ var”.


Müəllif: Nemət

Oxşar xəbərlər