Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus bir ədəd təminat avtomobili keçib.
Hazırda hava şəraitinin soyuq olsa da aksiya davam edir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.