Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.
Teleqraf.com xəbər verir ki, martın 3-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınır.
Daha 10 ailə – 44 nəfər daimi məskunlaşmaq üçün Ağalıya yola düşür.