Xankəndidəki separatçı qurumun başçısı Araik Arutyunyan Rusiyanın paytaxtından göstəriş gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Əldə etdiyimiz məlumata görə, Araik Arutyunyan Moskvadan göstəriş gözləyir. O, Nikol Paşinyanla son görüşdən sonra məyus halda Qarabağa qayıdıb. Çünki Paşinyan ona deyib ki, Bakının Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası tələbinin alternativi yoxdur.
Arutyunyan hesab edir ki, bu durumda onun görə biləcəyi başqa iş qalmır, ona görə də “istefa”ya gedir. Ermənistanın siyasi dairələrində onun ya Moskva tərəfindən fikrindən daşındırılacağını, ya da “istefa ərizəsi” yazacağını istisna etmirlər”, - erməni nəşri bildirir.