3 Aprel 2023 16:53
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin iddiasına görə, Rusiya sülhməramlıları 2025-ci ilin sonuna qədər Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk etməyəcək.

Teleqraf.com xəbər verir ki, agentlik son bir ildə Ermənistanla Azərbaycan arasında gərginliyin artdığını da bildirib.

“Ötən ilin sentyabrında baş verən şiddətli döyüşlərdən sonra Qarabağda və onun ətrafında münaqişə geniş vüsət alıb. Bu müddət ərzində Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür və Avropa Birliyi Ermənistanda məhdud müşahidəçi rolunu öz üzərinə götürüb”, - məlumatda qeyd olunub.

“Fitch Ratings” bildirib ki, Rusiya ən azı 2025-ci ilin sonuna qədər, yəni öhdəlik müddətinin sonuna kimi Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq.

Agentliyin iddiasına görə, Azərbaycanla Ermənistan sülh sazişi imzalayacaq və bu, ticarət-iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq.

Bununla belə, “Fitch Ratings”ə görə, toqquşma riski qalacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər