20 Aprel 2023 14:13
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Madrid prinsiplərinə görə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ərazi bütövlüyünü tanıyırıq deyəndə, Qarabağın Azərbaycanın tərkibində qalacağını nəzərdə tutursunuz” sualına baş nazir belə cavab verib:

“Bundan əvvəl parlamentdə sual-cavab sessiyasında da demişəm ki, Ermənistan Madrid prinsiplərinə görə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Məsələ budur.

Mən deyirəm ki, biz bu reallıqla üz-üzə qalmaq istəməyərək, beynəlxalq və geosiyasi reallıqla heç bir əlaqəsi olmayan “paralel arzulanan reallıq” yaratmışıq. Bu durumla üzləşməliyik. Hörmətli müxalifətçilərimizə deyirəm: buna görə məni qınayın, niyə məni buna görə qınamırsınız, çünki siz də eyni səhvi etmisiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər