9 İyun 2023 12:06
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınan hərbi yüklərin mühafizəsi davam etdirilir.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, təqdim edilən videogörüntüdə sülhməramlıların ZTR-82A zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin 4 ədəd yük "Kamaz"ı, 1 ədəd çən olan "Kamaz"ı və 1 ədəd UAZ-ın hərəkəti aydın görünür.

Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşınması icra edilir.


Müəllif: Teleqraf.com