“Vladimir Putin belə bir fikir bildirdi ki, Dağlıq Qarabağın statusunun qeyri-müəyyənliyi ilə 5 rayonun qaytarılması müqabilində müharibənin dayandırılmasından danışmaq olar".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı deyib.
“2020-ci il oktyabrın 13-də Rusiya prezidentindən birbaşa bu suala cavab verməsini xahiş etdim: atəşkəs yaratmaq və müharibəni dayandırmaq üçün nə etməliyəm? Oktyabrın 16-da eyni məsələ ilə bağlı daha ətraflı müzakirə apardım və Rusiya prezidenti belə bir fikir bildirdi ki, "Dağlıq Qarabağın statusu"nun qeyri-müəyyənliyi ilə 5 rayonun qaytarılması müqabilində müharibənin dayandırılmasından danışmaq olar. Həmin gün Rusiya prezidenti ilə razılaşdıq ki, komandalara bu ideyanın reallaşdırılması istiqamətində işləmək tapşırılsın”, - baş nazir bildirib.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin bununla razılaşmadığını və döyüşlərin 10 noyabr sənədinin imzalanmasınadək davam etdiyini söyləyib.