6 İyul 2023 16:49
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş separatçı Araik Arutyunyanın Xankəndidən çıxarılmasına hazırlıq gedir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist, siyasi ekspert Asəf Quliyev deyib.

“Həm Ermənistandan, həm Qarabağdan gələn xəbərlərin təhlili göstərir ki, Araik Arutyunyanın oradan çıxarılması üçün plan hazırlanır. Brüssel görüşündə razılıq əldə olunsa, Araik Arutyunyan Qarabağdan Ermənistana gedəcək və bir daha qayıtmayacaq.

Rusiya hələlik baş verənləri sakitcə izləyir. Amma sona qədər sakit dayanacağını demək çətindir. Müəyyən razılaşma ola bilər. Əgər Rusiya ilə razılaşma olsa, Arutyunyan rus hərbi kontingentinin ərzaq daşıyan helikopteri ilə, razılıq olmasa, Laçın nəzarət-buraxılış məntəqəsindən keçməklə Ermənistana gedəcək. Bu gediş baş tutsa, ciddi proseslərə start veriləcək”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər