8 İyul 2023 09:50
10 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mariya Zaxarovanın son brifinqində Laçın şəhəri, Sus və Zabux kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı açıqlaması Ermənistanı yenidən qarışdırıb”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

“Otuz illik işğal dövründə Qarabağda yaşayan ermənilərə pasportlar Ermənistan tərəfindən verilib. Kapitulyasiya aktını imzalayan Ermənistan sonralar da bu “fəaliyyət”ini davam etdirib. İndi isə bu prosesi sıfırlamaq üçün zaman yetişib. Laçın sərhəd keçid məntəqəsində səyyar ASAN xidmət yaratmaqla ermənilərin Azərbaycan pasportuna olan tələbatını ödəmək mümkündür”, - ekspert bildirib.

Ədalət Verdiyev başqa bir məqama da diqqət çəkib:

“Mariya Zaxarova son brifinqində 2022-ci ildə yeni üçtərəfli razılaşma ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan 3 yaşayış məntəqəsinin (Laçın şəhəri, Sus və Zabux kəndləri nəzərdə tutulur) Azərbaycana qaytarıldığını bildirərək, Ermənistanı yenidən qarışdırıb.

Erməni silahlılarının qorxaq mahiyyətini açmaq məqsədilə bu məsələyə azacıq aydınlıq gətirmək istəyirəm. Azərbaycan adıçəkilən 3 yaşayış məntəqəsindən çıxmaq istəməyən seperatçı rejimə çatdırdı ki, ya çıxırsınız, ya da biz çıxarırıq. Ruslar isə Qarabağ ermənilərinə bildirdilər ki, bu məsələdə onları müdafiə edə bilməyəcəklər.

Beləliklə erməni silahlılar quyruqlarını qısıb Laçın, Sus və Zabuxdan geri çəkildilər. Odur ki, Ermənistan ordusunda keçən ilin avqust ayından fərari sayı 11 mini Ermənistanda, 10 mini isə Qarabağda olmaqla ümumilikdə 21 min nəfərdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər