"Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.
"Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik", - Prezident bildirib.