İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.
Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagird oxuyacağı nəzərdə tutulur.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.