29 Avqust 2023 09:49
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Humanitar karvan Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan deyib.

“Bizim Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri və könüllüləri səfərbər olublar. İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr var nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - Novruz Aslan deyib.

Sədr bildirib ki, Qızıl Aypara Cəmiyyəti qeyri-siyasi, qeyri-hökumət təşkilatıdır.

“Biz heç bir siyasi prosesə qoşulmamışıq, qoşulmuruq və bundan sonra da qoşulmayacağıq. Ümid edirəm ki, bu hərəkatımız bütün sferalarda müsbət qarşılanacaq. Qiymətləndirilmələr aparılacaq. Ehtiyac olduğu təqdirdə daha sonra da yardımlar göndərilə bilər”, - sədr əlavə edib.

***

09:42

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.

Teleqraf.com xəbər verir ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

***

09:29

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər