Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.
Teleqraf.com xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb.
110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.
13:40
Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, hazırda Azərişıq ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.
İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.