19 Sentyabr 2023 15:45
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan yenə telefondan asılı qalacaq, “Azərbaycanı dayandırın” tipli yalvarışlar edəcək. Bunun bizə təsiri yoxdur, Qərbin əlində bizi durduracaq aləti yoxdur. Bizim üçün önəmli olan şimal və cənub qonşumuzun anti-Azərbaycan addımlardan çəkinmələridir. Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahını tərk etməməsi lazımdır.

İranın da indiki həssas məqamda ehtiyatlı mövqe sərgiləməsi gərəkir. Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Əlbəttə, ermənipərəst mərkəzlər haray-həşir salmağa çalışacaqlar, bu, bizi hədəfimizdən yayındırmayacaq. Azərbaycan Qarabağın tamamını nəzarətə götürdükdən sonra təzyiqlər keçmişdə qalacaq. Nikol Paşinyan da Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər