29 Sentyabr 2023 22:48
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1992-ci il Qarabağ faciəsini dünənki kimi xatırlayıram. Xocalı soyqırımını və digərlərini. Erməni quldurları 20 min dinc azərbaycanlını qətlə yetirmiş, 1 milyon 200 min Azərbaycan türkünü güllə və bomba yağışları altında, qarda-qışda sürgün edilmişdi”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Aydınlık” qəzetinin yazarı Qaffar Yakınca deyib.

“Təkrar edim ki, axmaqlar başa düşsünlər: 20 min ölü, 1 milyon 200 min qaçqın. “Türkiyədəki daşnakçılar” axmaq deyillər, həm rəqəmləri, həm də faktları bilirlər. Amma içlərində türk və Türkiyə düşmənçiliyi olduğu üçün erməni cinayətkarların qeyd-şərtsiz xidmətçiləridir. Budur, yenə gizləndikləri dəliklərdən çıxırlar. Sanki dünyanın gözü qarşısında “faciə” baş verirmiş, amma dünya bunu görmürmüş. Paşinyan belə bunu “faciə” adlandırmır, bizim hoqqabazlar ağaları çağırmadan işə girişiblər.

“Faciə” adlandırdıqları odur ki, Azərbaycan əsgərləri uşaqlara peçenye verir, gedənlərə yemək və su paylayırlar. Biz o torpaqlardan köçərkən erməni əsgərləri analarımızın, gəlinlərimizin üstünə top güllələri yağdırırdılar. Buna baxmayaraq, Azərbaycan bircə nəfər də olsun mülki erməniyə toxunmur, amma bizim əclaflar “faciə”də israrlıdırlar. Necə ki, erməni soyqırımı yalanında israr edirlər. Ermənilər bir gün bu soyqırımı yalanından əl çəksələr də, aramızdakı daşnaklar əl çəkməyəcəklər”, - jurnalist bildirib.

Yakınca Qarabağdan gedən ermənilərlə bağlı maraqlı bir məqama da diqqət çəkib:

“Yeri gəlmişkən, Qarabağı tərk edən ermənilərin əksəriyyəti niyə getdiklərini belə bilmirlər. Görüntüləri də var, gedənlər “niyə gedirsən” sualına Azərbaycan türkcəsində “Bilmirəm” cavabını verirlər.

Altmışı keçmiş bir kənd sakininin verdiyi cavab doğrudan da düşündürücüdür: “Hamı gedir, mən də gedirəm”.

Ancaq Azərbaycan dövləti ermənilərə “qalın” deyir, bildirir ki, siz Azərbaycan vətəndaşısınız, hazırda Azərbaycanda yaşayan minlərlə erməni kimi vətəndaşlığınızı alın və konstitusion hüquqlarınızı qazanın.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirir ki, vətəndaşlıq müraciəti ilə bağlı çoxlu sayda ərizə daxil olub. Təxminən 20 minə yaxın Qarabağ ermənisinin Azərbaycan vətəndaşlığını alıb Qarabağda qalacağı təxmin edilir.

Bəs faciə haradadır? Bir faciə varsa, o da iflic olmuş beyninizdə baş verir. “Orada nə işimiz var” deyən dilinizdə baş verir. Kökündə erməni izi axtaran xəstə psixologiyanızda baş verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər