30 Sentyabr 2023 13:32
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kipr (yunan) də Azərbaycan ərazisində separatizmi dəstəkləyənlərin sırasına qoşulub. Daha doğrusu, "köhnə mövqe"yini yeniləyib.

Teleqraf.com xəbər verir ki, Cənubi Kipr Xarici İşlər Nazirliyi Qarabağı tərk edərək Ermənistana üz tutan ermənilərə təklif verib.

“Kipr hökuməti "erməni qaçqınlar"ın ölkədə yerləşdirilməsi imkanlarını nəzərdən keçirir”, - XİN-in açıqlamasında deyilir.

Vaxtilə Kipr adasında türklərə qarşı hər cür qanlı akta imza atan, onları qətliamlara məruz qoyan yunan tərəfi Azərbaycanı “etnik təmizləmə”də də ittiham edib.

Adada türkləri soyqırımına məruz qoyan olaylardan biri yaxın tarixdə baş verib. Həmin olaylar “Qanlı Milad” adlanır.

Qanlı Milad 1963-cü il dekabrın 20-dən 21-nə keçən gecə Kipr adasında yunanların türklərə qarşı başlatdığı hücumdur. Qanlı aktlar “Akritas” planına uyğun olaraq həyata keçirilib, məqsəd türkləri adadan silmək olub. Hadisələrdə 364 Kipr türkü həlak olub. Əlbəttə, bu, belə faktlardan sadəcə biridir. Xatırlatma üçün qeyd etdik. Azərbaycanın isə nə uzaq, nə də yaxın tarixində onu belə bir şeylə ittiham edəcək fakt var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər