PKK terror təşkilatının Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin qarşısında törətdiyi qanlı aktla bağlı ilginc iddia irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin "Akşam" qəzetinin yazarı Oğuzxan Bilgin terror aktının Qarabağ məsələsi ilə əlaqəsinə diqqət çəkib.
“Bu hücumun bir çox dinamikası var. Düşünürəm ki, bu, ilk növbədə revanş almaq cəhdidir. Bəllidir ki, Qarabağa görə revanş almağa çalışırlar. Bu məsələ Qarabağla düz mütənasibdir”, - jurnalist bildirib.
Dünən iki terrorçu DİN-in Baş Mühafizə İdarəsinin qarşısında bombalı hücuma cəhd edib, terrorçulardan biri bombanı öz üzərində partladıb, digəri isə vurularaq zərərsizləşdirilib. Hücum cəhdi zamanı iki polis yaralanıb.