20 Fevral 16:34
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları Xocalıda yerləşdirdikləri və Azərbaycana dəxli olmayan heykəlləri də gedəndə özləri ilə aparmalıdırlar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri gələn il Azərbaycan ərazisini tərk edəcəklər:

“Atatürk işğal altında olan İstanbulda gəzişərkən qarşısına çıxan ingilis hərbçiləri üçün “gəldikləri kimi gedəcəklər” ifadəsini işlətmişdi. İndi biz də Qarabağdakı Rusiya hərbi kontingenti üçün eyni cümləni işlədə bilərik: gəldikləri kimi gedəcəklər.

Xocalıda yerləşdikdən dərhal sonra qaldıqları ərazidə ard-arda heykəllər düzməyə başladılar, bunların içində Aleksandr Nevskinin də heykəli vardı. Bununla Moskva bizə mesaj verirdi ki, Qarabağdan geri dönüşü planlaşdırmır.

Millətçi-şovinist siyasətçi Jirinovski telekanallardan birində Rusiya hərbi kontingentinin Qarabağda yerləşməsini məmnunluqla qarşılamış, qışqıraraq belə demişdi: “Biz əbədi gəlmişik, heç yerə çıxamayacağıq”.

Jirinovski bu qışqırıqdan iki il sonra koronavirusdan öldü, heyf Rusiya hərbi kontingentinin bir il sonra Azərbaycan ərazisini tərk edəcəyini görmək ona qismət olmayacaq. Xocalıda yerləşdirdikləri və Azərbaycana dəxli olmayan heykəlləri də özləri ilə aparmalıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər