“Paşinyan Ermənistanın sərhəddə 4 itki verdiyi (təxribatçılar-red) haqda Münxendə danışmadı, yalnız Rusiyanın əleyhinə danışmaq üçün ora getmişdi. Əliyev, Paşinyan və Şoltsun görüşü isə müəmmalı məqamlarla doludur. Ümumiyyətlə, Şolts orada vasitəçi idi, yoxsa sadəcə, görüşün təşkilatçısı? Çünki Azərbaycan tərəfi Şoltsun yalnız görüşün təşkilatçısı rolunu oynadığını bildirir. Paşinyanın Əliyevə daha böyük vədlər verməsindən ciddi şəkildə qorxuram”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan deyib.
T.Petrosyan bildirib ki, Ermənistan artıq uçurumdadır.