17 İyul 00:36
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"İclasda iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr apardıq", - deyə nazir müavini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər