26 Mart 2018 19:17
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Teleqraf.com-a bildirib ki, tamaşa teatrda yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə oynanılacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.


Müəllif: Nərmin

Oxşar xəbərlər