21 Dekabr 2022 22:33
2 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimov bu gün Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib, uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.


Müəllif: Teleqraf.com