6 Avqust 2014 19:05
499

“Son vaxtlar dünyada terrorizmə qarşı ciddi mübarizə gedir. Bu hadisələr göstərir ki, beynəlxalq birlik separatizmə, terrorizmə qarşı birgə fəaliyyət göstərir. Hər hansı ölkənin torpağının işğal edilməsi və orada separatizmlə məşğul olması, narkotrafikdən istifadə edilməsinə beynəlxalq ictimaiyyət xüsusi reaksiya verməlidir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, AVRONEST PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, AVRONEST Parlament Assambleyasının növbəti sessiyasında bu məsələ qaldırılacaq. Onun sözlərinə görə, bu yöndə işlər ardıcıl surətdə davam etdiriləcək: “AVRONEST Parlament Assambleyasının sentyabrda sessiyası başlayacaq. Bu məsələdə qəti fikrimizi deyəcək və Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çalışacağıq. Ermənistan bu illər ərzində atəşkəsi mütəmadi pozur və mülki insanlar xəsarət alır, həlak olurlar. Bu, beynəlxalq təşkilatların müdafiə etdiyi insan haqlarının pozulmasının bariz nümunəsidir. Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsində NATO, ATƏT, Avropa Şurasında və digər beynəlxalq təşkilatlar qarşısında çıxış etməliyik.

Bununla da, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gələcək”.

Səxavət


Müəllif:
Загрузка...