18 Sentyabr 2014 19:32
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə dünyada 155 yeni milyarder peyda olub, onların ümumi sayı 2325 nəfər təşkil etməklə rekord səviyyəyə çatıb. Bu barədə “Wealth-X” konsaltinq şirkətinin və İsveçrənin “UBS” bankının tədqiqatında deyilir.

Teleqraf.com-un məlumatına görə ümumilikdə il ərzində milyarderlərin sayı 7,1 faiz artıb. Onların var-dövlətinin ümumi dəyəri 7,3 trilyon dollar qiymətləndirilir ki, bu da bir il əvvəldən 12 faiz çoxdur. Avropa milyarderlərin sayına görə lider olub (755 nəfər). Şimali Amerikada 609, Asiyada 650 nəfər milyarder var.

19 nəfərə var-dövlət miras qalıb, dörddə bir hissə milyardlıq var-dövlətə nail olmaq üçün mirasdan faydalanıb. 55 faiz “self-made” kateqoriyasına aiddir (onlar pullarını müstəqil qazanıblar).
Maraqlıdır ki, milyarderlərin 35 faizi ali təhsilli deyil. Milyarderin orta yaş həddi 63, var-dövlətinin dəyəri 3,1 milyard dollar təşkil edir. Tədqiqatda qeyd olunur ki, dövlətli insanların əksər hissəsi ilk milyardı 40 yaşınadək qazanmayıb. “Wealth-X” və “UBS” mütəxəssisləri bildirirlər ki, dünyada yalnız dörd nəfər 50 milyard dolları ötən var-dövlətə malikdir. Çoxsaylı qrupa 1-2 milyard dollar qazananlar aiddir.

“Forbes” jurnalının 15 iyul 2014-cü il qiymətləndirməsinə görə, dünyanın ən varlı insanı meksikalı milyarder Karlos Slimdir (79,6 milyard dollar).

İlhamə


Müəllif: