30 Sentyabr 2015 15:57
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya məhkəməsi kriminal aləmdə "Tenqo Oçamçirski" ləqəbi ilə tanınan Tengiz Korsaqiyaya hökm oxuyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Moskvada keçirilən məhkəmə prosesi zamanı Tengizin cinayəti tam sübuta yetirilib və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumatlara görə, Tengiz 18 ildir "qanuni oğru" titulunu daşıyır. O, elə bu titulu aldığı vaxtdan axtarışa verilib. Müxtəlif vaxtlarda saxlanılan Tengiz fərqli üsullarla məsuliyyətdən yayına bilib.

Polisdən bildirilib ki, Tengiz saxlanılan zaman onun üzərində narkotik vasitə aşkar edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər