12 Fevral 2016 21:52
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Kanadanın Toronto şəhərində "NBA All-Star 2016" basketbol oyunu keçiriləcək. Tədbirin sponsoru olan Kanadanın yerli bankı "Bank of Montreal" öz maliyyə məhsullarına diqqəti cəlb etmək üçün yeni unikal marketinq kampaniyasına başlayır.

"Bank of Montreal" boyu 2 metr 10 santimetrdən hündür olan basketbolçular üçün üç metrlik bankomatlar quraşdırıb. Əslində bu bankomatlar heç bir kart qəbul etmir və nağd pul vermir. Bankomatın ekranı basketbol halqası hündürlüyündə yerləşir. Bu aksiya çempionata gələn qonaqların diqqətini cəlb etmək üçün keçirilir.


Müəllif: