Dünyanın ən məşhur sosial şəbəkələrindən olan "Twitter" 2014-cü ilin may ayından etibarən istifadəçilərinə "bug bounty" ( səhv tapma ) adlı pul qazandıran fürsət verib.
Belə ki, "Twitter" sosial şəbəkəsində xəta tapan istifadəçilər bu barədə şirkətə məlumat verməklə pul qazana bilərlər.
Qeyd edək ki, 2 il ərzində 1662 nəfər sosial şəbəkədə xəta taparaq pul qazanıb. Onların arasında ən çox pul qazanan isə 18 min manat qazanıb.(Milli.az)