1 May 2017 11:41
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəşəriyyətin yüksək inkişaf mərhələsinə çatmasına baxmayaraq, dünyada çox ciddi problemlər mövcuddur. Dünyada 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkir”.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dünya əhalisinin xeyli hissəsi işsizlikdən əziyyət çəkir: “Bu da onların yaşam şəraitinə təsir edir. Xəstəliklərin olması da ciddi problemdir. Elə ölkələr var ki, insanların ömrü 50-55 ildir. Bütün bunlar BMT-ni ciddi şəkildə narahat edir. Bu problemlər 2030-cu ilə qədər həll edilməlidir.

İşsizlik, xəstəlik daha çox təbii sərvətlərə malik ölkələrdədir. Ən ciddi problemlərdən biri də qeyri-bərabərlikdir. ABŞ-ın hərbi xərcləri 600 milyard dollara yaxınlaşır. Elə insanlar var ki, gün ərzində 1 dollar xərcləyir. Bu da il ərzində 1 milyard insanın xərclədiyi puldan qat-qat çoxdur. Bu təbii sərvətlərdən deyil, insani fəaliyyətdən yaranan fərqlərdir”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan bu proqrama qoşulması dünyada gedən proseslərdə iştirak etməsi ilə əlaqədardır: “Azərbaycan iqtisadiyyatı 10-12 ildə 3.5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə müəssisələri ilə bağlı layihələr həyata keçirilib. Bir çox sahələrdə inkişaf olub. Bu da insanların həyat şəraitini yaxşılaşdırıb.

Ölkədəki vəziyyətin Avropa standartlarına yaxınlaşdırılmasına çalışılır. Azərbaycan hökuməti BMT-nin möhtəşəm proqramına qoşulub, qarşımıza ciddi hədəflər qoymuşuq. Hökumət bu istiqamətdə işlər aparır”.


Müəllif:

Oxşar xəbərlər