2 May 2017 13:12
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi qərəzli qərarla bağlı bəyanat verməliyik.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı təklif edib.

"Türkün boyu bükülməz, türkün gücü tükənməz, bir kərə yüksələn bayraq bir daha enməz. Mən bütün mahnılarımda bu sözləri sevə-sevə söyləmişəm. Avropanın Türkiyəyə qarşı qərəzli qərarlar qəbul etməsi bir azərbaycanlı kimi bizi də narahat edir. Mən təklif edirəm ki, Milli Məclis olaraq bu məsələyə etiraz bəyanatı yayq. Sabah eyni problemlə biz də üzləşə bilərik və bu zaman Türkiyəyə ehtiyacımız olacaq. Sabah bizə nəsə olsa, birinci Türkiyə müdafiəmizə qalxacaq”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ ilə bağlı Milli Məclisin 14 deputatı öz mövqeyini ifadə edib:

“Bütün bunlar Milli Məclisin öz mövqeyidir. Biz də bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Cavad


Müəllif:

Oxşar xəbərlər