Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
S.Novruzov deyib ki, əgər faktlara əsaslansaq, o zaman AŞPA-nın Türkiyə ilə bağlı qərarında nə qədər ədalətsiz yanaşma olduğunu görmək mümkündür: “İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendumla bağlı mövqeyinə toxunaq. Türkiyə qanunları demokratikdir və orada hər bir qrup üçün kütləvi aksiyalar keçirmək, televiziya və mətbuatda çıxış etmək üçün lazımi şərait yaradılıb. Hətta türk müxalifətinin özü belə "referendum fövqəladə vəziyyət şəraitində keçirildi"sözlərini işlətmədi. Avropa Ropa papasından daha çox katolik olub və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 70-60 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur, seçkilər anti-demopkratik keçirilib, saxtalaşdırılıb və s. Az səs toplayanda da deyirlər ki, niyə azdır. Avropa strukturları bu cür yanaşma tərzi ilə hara gedir? Əskinə, Türkiyədə elə şərait yaradılıb ki, insanların 46 faizindən çoxu layihənin əleyhinə səs verib. Bu da orada hər kəs üçün lazımı şərait yaradıldığını göstərir. İndi Avropa hansı ədaləti tətbiq etmək istəyir?”
Türkiyənin daim terrorizmlə mübarizə apardığını vurğulayan komitə sədri qeyd edib ki, Avropada bir terror hadisəsi baş verən kimi bütün Qərb dövlətləri və beynəlxalq təşkilatlar aləmə çar çəkir:
“Dərhal qışqırıqları hər yanı götürür. Avropa ərazisində bir qəzetin redaksiyası partladılmışdı, hamı onu qınadı. Bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir”.
Cavad