8 May 2017 22:58
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Şuşanın işğalının ildönümü ilə bağlı partiyanın bir qrup gənci ilə toplantı keçirib.

Teleqraf.com xəbər verir ki, toplantıda 1992-ci il mayın 8-də Şuşanın işğalının səbəbləri və ermənilərin işğalçılıq siyasətindən doğan nəticələr müzakirə olunub.

“Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Azərbaycan rəhbərliyində naşı insanlar olub və bunun nəticəsində Şuşa işğal olunub, günahsız insanlar həlak olub. Şuşanın işğalının əsl baiskarları 366-cı alay və erməni daşnaklarıdır”, - Fuad Əliyev deyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər