Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Tramp Ərdoğanı fakt qarşısında qoydu: “Belə vəziyyətdə Ərdoğanın iki alternativi var. Türkiyə prezidenti ya bu səfəri təxirə salmalı, ya da Ağ Evdə Trampa izah etməlidir ki, kürdlərə silah vermək Türkiyə üçün təhdiddir”.
E.Şahinoğlu qeyd edib ki, Ərdoğan Trampla görüşdən imtina etməyəcək, Ağ Ev sahibi isə Ərdoğanın xəbərdarlığını qulaqardına vuracaq:
“Qərar verilib və silahlar kürdlərə daşınır. Ümumiyyətlə, mənə elə gəlir ki, yaxın gələcəkdə Ərdoğan emissarlarını Suriyadakı silahlı kürdlərin liderləri ilə danışıqlara göndərəcək. Vaxtilə Ərdoğan İraqdakı peşmərgələrin lideri Məsud Bərzaniyə də mənfi yanaşırdı. İndi isə Bərzani Ankarada yüksək səviyyədə qəbul olunur. Halbuki o, açıq bəyan edib ki, İraqın şimalında Kürdüstan dövləti yaradacaq”.
Səxavət