11 May 2017 21:06
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 12-də Rusiyaya səfər edəcək.

MM-dən Teleqraf.com-a verilən məlumata görə, Ə. Hüseynli Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək. Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Səfər mayın 15-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər