Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı danışmağın hələ tez olduğunu bildirib.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu məsələyə münasibət bildirib. Onun fikrincə, Putin növbəti prezident seçkilərində iştirak etməyə bilər: "Hələlik bu məsələ Kremldə müzakirə edilir. Əks variant da mümkündür. Həmin Putin bir vaxtlar son anda - Yeltsinin məşhur 31 dekabr çıxışında namizəd kimi təqdim olunmuşdu".
Hazırda Rusiyada siyasi vəziyyət kifayət qədər çətindir və bunu başa düşmək demək olar ki, mümkün deyil. Bu, eyni zamanda, Ermənistandakı siyasi vəziyyətə də təsirsiz ötüşməyib.
Ermənistanın hazırki Prezidenti Serj Sərkisyanın gələcək siyasi taleyi sual altındadır. Məlumatlara görə, Sərkisyan 2018-ci ildə prezident seçkilərində iştirakla bağlı qərarını Putinin qərarından sonra verəcək.
Rusiyanın Ermənistan hökumətinə təsirini nəzərə alsaq, bu, təəccüblü deyil. Moskvanın İrəvana təsirinə sübut kimi Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsini göstərmək olar. Putinin prezidentlik vəzifəsindən getməsi və baş nazir postuna keçməsindən sonra bu proses inkişaf etməyə başlayıb. Putinin 2012-ci ildə Rusiya prezidenti seçilməsindən sonra İrəvan "U" dönüşü etdi və yenidən Avropa Birliyi ilə əlaqələrini gərginləşdirdi.
2018-ci ilin aprelinə qədər Putin prezidentlik ilə bağlı qərarını vermiş olacaq. Bundan sonra Serj Sərkisyanın hansı addım atacağı aydınlaşacaq.
Samir