Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bələdiyyə sədri və bələdiyyə məclisi üzvlüyünə 57 min 601 nəfər namizədliyini irəli sürüb.
Artıq yerli vaxtla səhər saat 08:00-dan seçki məntəqələri açılıb.
Xorvatiya Mərkəzi Seçki Qərargahı bəyan edib ki, seçkilərə 126 siyasi partiya qatılıb.
Qeyd edək ki, seçkilərdə 3 milyon 719 min seçicinin səs verməsi nəzərdə tutulub.
Seçkiləri 12 mindən çox xarici və yerli müşahidəçi izləyir.