25 May 2017 18:35
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxları ölkəmizin xarici işlər nazirinin Qarabağ münaqişəsinə “substantiv” yanaşmanın olmamasından gileyləndiyini sorğulayır. Elmar Məmmədyarovun ingilis dilindən götürdüyü bu sözdən istifadəsinə rişxəndlə yanaşmağa heç gərək yoxdur. Haqsızlıq etməyin!

Teleqraf.com xəbər verir ki, bu barədə Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli sosial şəbəkədə yazıb.

Onun fikrincə, ingilis dilindəki “substantive” sözünü mənasını qorumaqla dilimizə çevirmək asan deyil: “Ona oxşar olan və eyni kökdən gələn “substantial” sözündən fərqli olaraq, “substantive” sözü başqa işlərin kontekstində önəmi, dolğunluğu deyil, hər hansı bir məsələnin özündə dəyərli olduğunu ifadə edir. Məsələn “Qarabağ münaqişəsinin həlli ABŞ-Rusiya münasibətlərindən...” kimi yanaşma substantiv deyil, çünki burada münaqişənin həlli başqa, onunla birbaşa bağlı olmayan münasibətlərə tabe olunur. Qarabağ münaqişəsinə substantiv yanaşma bu münaqişənin birbaşa səbəblərini aradan qaldırmağı tələb edir. Odur ki, Elmar Məmmədyarov tamamilə haqlıdır. Sözü də uğursuz seçməyib. Sadəcə, bu sözü dilimizə konteksti itirmədən çevirmək asan deyil”.

Erkin Qədirli əlavə edib ki, yeni sözə ehtiyac ola bilər: “Məsələn, “özdurumlu yanaşma”, yəni çıxış yolunu axtaranların qarşısında öz-özünə başqa məsələlərə bağlı olmadan duran problemin həllinə yönəlmiş yanaşma şəklində ola bilər”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər