4 İyul 2017 13:39
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Konstitusiya Məhkəməsi ölkədə fəaliyyət göstərən iki partiyanın hüquqi varlığına son verib.

Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyənin “Rəsmi qəzet”ində nəşr edilən elanda bildirilir.

Qeyd edilib ki, Baş Prokurorluq 2014-cü ilin 21 mayında Daxili İşlər Nazirliyinə partiya qurulmasına dair informasiya və rəsmi sənədlər təqdim edən Vətən Partiyasının hüququ varlığına son qoyulmasını istəyib.

Konstitusiya Məhkəməsi tərəfindən aparılan araşdırma zamanı partiyanın Siyasi Partiyalar Qanunda göstərilən maddələrə əməl etmədiyi bəlli olub. Konkret olaraq Vətən Partiyası iki il müddətində qurultayını keçirə bilməyib. Məhkəmə həmçinin Vətən Partiyasının ona verilən vaxt ərzində özünü müdafiə etməsi üçün hər hansı bir addım atmadığını da vurğulayıb. Bu səbəbdən də məhkəmə Vətən Partiyasını dağılmış və fəaliyyətsiz sayıb, onun hüququ varlığına son qoyulduğunu elan edib, partiyanın əmlakının xəzinəyə keçirilməsi haqda yekdilliklə qərar çıxarıb.

Konstitusiya Məhkəməsi Türkiyə İşçi Partiyasının fəaliyyətinə də son verib. Bu partiya 2010-cu ilin 8 fevralında qurulması haqqında rəsmi sənədi Daxili İşlər Nazirliyinə təqdim edibmiş. Baş Prokurorluq Konstitusiya Məhkəməsinə müraciət edərək Türkiyə İşçi Partiyasının dağılması səbəbindən hüququ varlığına son verilməsini istəyib.

Konstitusiya Məhkəməsi apardığı araşdırma zamanı müəyyən edib ki, partiya rəhbərliyi 2012-ci ilin fevralında qurumun buraxılması barədə qərar verib.


Müəllif: Cavad

Oxşar xəbərlər