Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda Qәtәr Əmiri Tәmim ibn Həməd Әl Sani də iştirak edib.
Bu barәdә Qәtәrin rәsmi xәbәr agentliyi QNA mәlumat verib. Mәlumata görә, Qətərin Xarici İşlәr naziri Məhəmməd ibn Əbdürrəhman Әl Sani, Küveytin dəftərxana məsələləri üzrə dövlәt katibi Məhəmməd Abdulla əs-Sabah və ABŞ dövlәt katibi Reks Tillerson Dohadakı Əl-Bahr sarayında bir araya gәlib.
Tərəflər Körfəz böhranını, regional və beynəlxalq problemləri, Küveytin vasitəçiliyini müzakirə ediblər.