Report xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, səfər zamanı 5-10 arasında ikitərəfli sənədin imzalanması planlaşdırılır.
İ.Laslotski qeyd edib ki, E.Məmmədyarovun Budapeştə səfəri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayına planlaşdırılan səfərinə hazırlıq məqsədi daşıyır.