XİN-dən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, 2014-cü ilin 3-4 noyabrında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfər edib.