22 İyul 2017 17:44
1 490

Milli Məclisin deputatı Musa Qasımlı Yardımlı rayonunun Zevin və Gendərə kəndlərində səyyar qəbul-görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri iştirak edib.

Görüşdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov və millət vəkili Musa Qasımlı bildiriblər ki, məqsəd Prezident İlham Əliyevin tapşırığına əsasən, əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Çıxışlarda son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalı verilib, regionlara göstərilən diqqət nəzərə çatdırılıb.


Müəllif: Səxavət