31 İyul 2017 18:24
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində təbrik məktubu ünvanlayıb.

Teleqraf.com Prezidentin rəsmi saytına istinadən məktubu təqdim edir.

"Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", deyə təbrik məktubunda qeyd edilir.


Müəllif: Teleqraf.com