Teleqraf.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-i Azərbaycana planlaşdıırlan səfərinin məqsədi barədə şərh verərkən bildirib.
Politoloq hesab edir ki, sözügedən qüvvələr özlərində təpər tapıb Rusiyaya birlikdə “bizim daxili işimizə qarışma, Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə mane ola bilməzsən” deməlidir:
“Türkmənistan öz qazını yalnız Rusiya ilə deyil, başqa marşrutlarla da dünya bazarlarına çatdırmaq istəyir. Rusiyadan asılılıq Türkmənistana baha başa gəlir, “Qazprom” şirkəti kefi istəyəndə türkmən qazını alır, kefi istəməyndə isə boru xəttinin fəaliyyətini dayandırır. Bu isə Türkmənistanda iqtisadi vəziyyəti ağırlaşdırır. Aşqabadın Avropaya ünvanlanmış “gəlin, qazımı sərhəddən alın” təklifinə isə heç kim razılaşmayacaq”.
Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək. Səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub. 2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub. Tərəflər arasında normativ-hüquqi baza 52 ikitərəfli sənəddən ibarətdir.