8 Avqust 2017 10:16
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanın axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutması nəticəsində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifov öz evində yaralanıb. Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, inşallah, Allahın və həkimlərimizin sayəsində qısa zamanda tam sağalacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Tovuz rayonundan seçilən deputatı Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə, işğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir: “Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir. Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, türk kökənli insanlarımız daha geniş yaymalıdır.

Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gənclərimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox eşidilməsində, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar.

Balaca Ramin və atası ilə də danışdım və tez zamanda sağalmasını dilədim. Hadisənin şokundan hələ tam çıxmayıblar. Allah qoruyub balaca Ramini. Allah hər zaman ön cəbhədə insanlarımızı qorusun, ordumuzda dəstək olsun. Bu işğalçı, vandalizm zehiyyətli Ermənistan inşallah daha betər, layiq olduğu cəzasını alacaq”.

Qeyd edək ki, Ermənistan Silahlı qüvvələri dünən Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu yaralanıb. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər