Teleqraf.com xəbər verir ki, çıxışı zamanı Ərdoğan bəzi maraqlı məsələlərə toxunub:
“Millətini sevməyən şəxs AKP-də idarəçilik edə bilməz. 15, 20, 25 il əvvəlki siyasi baronların tərzi ilə AKP-də təsir qurmağa çalışan şəxslər qarşısında məni görəcəklər. Onların bizim partiyada yeri yoxdur. Partiyamızın qurulmasında əməyi olan hər kəsə borcluyuq”.
Ərdoğan 2019-cu il seçkisinin çətin keçəcəyini bildirib:
“Seçkilərdə qarşımıza psixoloji baryerlər çıxa bilər. 50 faiz səs toplamaq çox çətindir. 2019-cu il üçün daha çox çalışmağımız lazımdır”.