14 Avqust 2017 10:56
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni separatçıları və onlara havadarlıq edən ATƏT-in Minsk Qrupunun həmsədrləri hər yerdə belə xəbər yayırlar ki, guya Azərbaycan və Ermənistan prezidentləri BMT Baş Məslisinin sentyabrda keçiriləcək sessiyası zamanı Nyu-Yorkda görüşəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Analitik qeyd edib ki, əvvəla, prezidentlərin Nyu-Yorkda görüşməsi üçün gərək onların hər ikisi BMT Baş Məclisinin sessiyasına qatılsınlar. Buna isə böyük şübhə var: “Prezidentlər heç də hər il Baş Məclisin sessiyalarının açılış mərasimlərinə qatılmırlar. İkincisi, Dağlıq Qarabağ danışıqlarında hansı irəliləyiş var ki, prezidentlər bu “irəliləyişi” əllərində rəhbər tutaraq görüşüb fikir mübadiləsi aparsınlar?!”

Politoloq bildirib ki, Azərbaycana bu cür görüş imitasiyası heç lazım deyil, deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yoxdur: “Danışıqlar 10 il də davam etsə, münaqişənin həllində heç nə dəyişməyəcək. Ona görə də işğalçıya təzyiq göstərməyə davam etməliyik. Ən uzağı, xarici işlər nazirləri görüşüb yalandan vaxt öldürə bilərlər. Əslində heç bu da Azərbaycana lazım deyil. Rəsmi Bakı İrəvana ultimatum verməlidir ki, mərhələli həll planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər sizinlə bütün rəsmi danışıqlara marotorim qoyuruq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər