13 Sentyabr 2017 19:56
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman vətəndaşlarına Türkiyəyə səfərlərlə bağlı xəbərdarlıq etmək üçün bir səbəb yoxdur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel NDR kanalına müsahibəsində deyib.

Merkel Türkiyəyə silah satışının tamamilə qadağan olunmasına münasibət bildirib. O deyib ki, bu, düzgün addım deyil.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Sigmar Qabriel Türkiyəyə silah satışının dayandırıldığını deyib:

“Əslində, NATO müttəfiqimizə silah vermək öhdəliyimiz var. Lakin Türkiyəyə silah satışını demək olar ki, tamamilə dayandırdıq”.


Müəllif: Samir

Oxşar xəbərlər